Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Qonağımız var” layihəsi davam edir.

Layihə çərçivəsində Maştağa qəsəbəsindəki H.Abbasov adına Mədəniyyət Mərkəzində estrada müğənnisi Elçin Cəfərovla görüş keçirilib.

Aparıcı müğənnini səhnəyə dəvət edərək onun haqqında məlumat verib.

Görüşdə “Aysel” rəqs qrupunun müşayiəti ilə sevilən mahnılarını səsləndirən Elçin Cəfərov qonaqlara xoş anlar yaşadıb.

Daha sonra müğənni tamaşaçıların suallarını cavablandırıb.