Azərbaycan Milli Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, pedaqoq, nasir, akademik Məmməd Arif Dadaşzadənin (1904-1975) 120 illiyi ilə əlaqədar geniş kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə alimin həyat yolu və yaradıcılığı haqqında kitablar yer alır.

Sərgidə həmçinin M.A.Dadaşzadənin ədəbi irsi, ədəbiyyatşünaslıqla bağlı tədqiqat əsərləri, ali məktəblər üçün dərs vəsaitləri, redaktoru olduğu kitablar, dünya ədəbiyyatından tərcümələri Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.