Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyndəki olan H.Abbasov adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “ART Studio AR” rəsm kursunun balaca rəssamlarının “Mənim rəngarəng dünyam” adlı qrup sərgisi keçirilib.

Sərginin nümayişi zamanı uşaqların rəsmə marağından və il ərzində müxtəlif beynəlxalq və respublika rəsm müsabiqələrində iştirak edib qazandıqları uğurlardan söhbət açılıb.

Daha sonra sərgiyə baxış keçirilib.

Sonda sərgi iştirakçıları təşəkkürnamə ilə təltif olunublar.