15 iyun - Milli Qurtuluş Günü münasibətilə Gəncə Şəhər İcra Hakimiyyəti və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə iştirakı ilə tədbir keçirilib.
Filarmoniyanın yay zalında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bayram konsertində Sənan Cavadovun rəhbərlik etdiyi "Xəmsə" rəqs ansamblı, o cümlədən Əməkdar artist Kəmalə Tağıyeva, filarmoniyanın solistləri Vasif Bayramov, İlham Qasımov, Rövşən Məmmədovun çıxışları tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.