Şirvan Şəhər İcra Hakimiyyəti və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Zəfərə” mövzusunda tədbir keçirilib.

Tədbirdə şəhər icra hakimiyyəti, şəhərin hüquq-mühafizə orqanları, regional təşkilatlar, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.

Sonra Şirvan şəhər Heydər Əliyev Mərkəzinin qarşısında Şirvan şəhərinin inkişafına həsr olunan fotosərgiyə baxış olub.

Çıxışlarda qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkəmizin sosial-iqtisadi və siyasi inkişafında, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olub və 1997-ci ildən etibarən rəsmi bayram kimi qeyd edilir. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra Azərbaycanı böyük tərəqqi, davamlı inkişaf və daha xoşbəxt günlər gözləyir.

Çıxışlardan sonra Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş “Xilaskar” filmi nümayiş olunub.

Şirvan şəhər Uşaq musiqi məktəbi kollektivinin ifasında konsert proqramı təqdim edilib.

Sonda Ümummilli liderin müstəqillik dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrə, onun siyasi fəaliyyətinə dair “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabı Şirvan şəhər Heydər Əliyev Mərkəzinin kitabxanasına hədiyyə olunub.