15 iyun - Milli Qurtuluş Günündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mizəağa Əliyev adına Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "İnci" rəqs ansamblının Azərbaycanın ərazi bütövlüyünə həsr olunmuş  "86.6" adlı hesabat konserti keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə Azərbaycanın bölgələrinə xas olan 15 fərqli rəqs nömrəsi nümayiş olunub. Səhnədə bir-birinin ardınca rəngarəng rəqs kompozisiyaları tamaşaçılarda yüksək əhvali-ruhiyyə yaradıb.

Konsert proqramı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.