Görkəmli rus bəstəkarı Dmitri Şostakoviçin məşhur “Leninqrad” (“7-ci simfoniya”) simfoniyası Bakıda ilk dəfə təqdim olunacaq.

İyunun 22-də Heydər Əliyev Sarayında Leninqrad (Sankt-Peterburq) Konservatoriyasının məzunu, Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında səslənəcək simfoniyanı Niyazi adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri ifa edəcək.

Qeyd edək ki, "Leninqrad" simfoniyası D.Şostakoviçin sayca 7-ci simfoniyasıdır və II Dünya müharibəsi zamanı Leninqrad şəhərinin blokadasına (8 sentyabr 1941 – 27 yanvar 1944) həsr olunub. Əsər faşist Almaniyasının SSRİ-yə hücumundan sonra müstəsna təbliğat vasitəsinə və ittifaq xalqlarının dönməz iradəsinin rəmzinə çevrilib.

Eyni zamanda “7-ci simfoniya” adlanan əsər təkcə ittifaq miqyasında deyil, İngiltərə və ABŞ-da da geniş əks-səda doğurub.

Lalə