İyunun 16-da Polşanın Kielce şəhərində Mədəni Dialoq Muzeyində "Azərbaycan və Polşanın 100 illik münasibətləri” adlı tədbir keçirilib. “Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Azərbaycan və Polşa icmasının nümayəndələri iştirak ediblər.
Tədbirdə tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Rüstəmova-Tohidi və Varşava Universiteti Şərqşünaslıq fakültəsi Şərqi Avropa Araşdırmaları Mərkəzinin professor köməkçisi Şəhla Kazımova iki ölkə arasında əlaqələrin tarixindən, münasibətlərin mövcud vəziyyətindən bəhs ediblər.
Sonda “Xarıbülbül” Assosiasiyası və Mədəni Dialoq Muzeyi arasında növbəti qarşıdakı il ərzində əməkdaşlıqla bağlı protokol imzalanıb. Azərbaycanın mədəniyyəti və tarixi haqqında kitablardan ibarət sərgi təşkil olunub.