İyunun 22-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və “Nömrə 1” Psixoloji İnkişaf Mərkəzi tərəfindən “İrs” layihəsi çərçivəsində “Zirvəyə doğru” adlı növbəti görüş keçiriləcək.
Ədəbi-publisistik mühitin nümayəndələri, eyni zamanda müxtəlif sahələrdə çalışan və uğur qazanmış tanınmış şəxslərlə ünsiyyətə şərait yaradılacaq tədbirdə gənclərin şair, tərcüməçi, ssenarist, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Əməkdar artist xanəndə Təyyar Bayramov və başqaları ilə görüşü nəzərdə tutulur.