Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Qaradağ rayon Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Heydər Əliyev parkında Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə (26 iyun) həsr olunan sərgi keçirilib.

Tədbirdə rəsmilər, rayon ictimaiyyəti və digər qonaqlar iştirak ediblər.

Bildirilib ki, sərginin məqsədi sağlam həyat tərzini təbliğ etmək, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləməkdən ibarətdir.

Sərgi ilə tanışlıqdan sonra iştirakçılara sağlam həyatı təbliğ edən bukletlər, narkomanlıq, tütün məmulatları, alkoqollu içkilərlə mübarizə üzrə maarifləndirici broşürlər paylanılıb.