Yazıçı, jurnalist Cavid Zeynallının “Həmin işıqlı günlər” adlı hekayələr kitabı çapdan çıxıb. 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan kitabda müəllifin 15 hekayəsi toplanıb. Kitabın redaktoru yazıçı Mübariz Örəndir. 

Qeyd edək ki, Cavid Zeynallının bundan əvvəl “Leyla”, “Günəşi gözləyənlər”, “Şükriyyə” adlı kitabları işıq üzü görüb. Müəllifin “Coğrafiya müəlliminin pencəyi” kitabı 2020-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə "Azərbaycan kitabının dünyaya tanıdılması" (AKDT) layihəsi çərçivəsində Türkiyədə çap olunub.

Yazıçının Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın həyatından bəhs edən “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilib.