Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbində macar yazıçısı Klara R.Hitsin “Peter musiqi alətləri diyarında” əsərinin tamaşası təqdim edilib.

Musiqi ilə dost olmaq, onu yaxından tanımaq istəyənlər üçün nağıl üslubunda yazılmış əsəri Azərbaycan dilinə Əməkdar mədəniyyət işçisi Aygül Qaradağlı tərcümə edib.

Məktəbin şagirdləri tərəfindən təqdim olunan tamaşada musiqi alətlərinin obrazı canlandırılıb.

Səhnə işi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.