Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı “Uşaqlara Zəfər haqqında oxuyuruq” adlı tədbir keçirib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Vətən müharibəsində qazanılan Böyük Qələbədən, rəşadətli Ordumuzun uğurlu döyüş əməliyyatlarından, gənc nəslin vətənpərvərliyindən danışılıb.

Sonra uşaqlar Solmaz Şirinin ”Zəfər günün mübarək, anam Azərbaycanım!” və Cavanşir Atəşin “Tarixi Zəfər” şeirlərini söyləyiblər.

Sonda uşaqlara kitablar hədiyyə olunub.