Türkiyədəki səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə qardaş ölkənin turizm bölgələrində keçirilən ənənəvi “Elvedasız şarkılar” adlı növbəti xeyriyyə konserti Azərbaycana həsr olunacaq.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə avqustun 28-də Marmaris şəhərində altı min nəfərlik tarixi amfiteatrda baş tutacaq konsertdə hər iki ölkənin sənətçiləri iştirak edəcəklər.
Datça - Kimsəsiz uşaqlar üçün şəhərciyə yardım məqsədilə təşkil olunacaq konsert proqramında Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, gənc azərbaycanlı müğənni, vokalist Aynur İsgəndərli, Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı səhnəyə çıxacaq.
Konsert proqramında Türkiyə tərəfindən məşhur müğənnilər Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Bora Gencer, Nühket Duru, Ozan Orhon və başqaları çıxış edəcəklər.