Sentyabrın 29-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun əsərlərindən ibarət konsert proqramı keçiriləcək.

Filarmoniyadan bildirilib ki, tədbirdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, solistlər Vasif Bayramov, Rüstəm Cəfərov çıxış edəcək.

Gecədə “Oxu tar”, “Bahar olsun”, “Alagöz”, “Qurban adına”, “Hardasan”, “İntizar”, “Gəlmədin”, “Şeir deyilmi”, “Bilmədin”, “Səhər nəğməsi”, “Sənindir”, “Getmə-getmə”, “Azərbaycan” adlı musiqi nömrələri ifa olunacaq.

Biletləri filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.