Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə şagird qəbulu həyata keçirilir.

İmtahanlar nazirlik tərəfindən yaradılmış müvafiq komissiyanın üzvləri tərəfindən muxtar respublikanın bütün bölgələrində vahid məkanda təşkil olunur.

Naxçıvan şəhəri və Culfa rayonu üzrə fəaliyyət göstərən musiqi təhsili müəssisələrinə qəbul prosesi artıq yekunlaşıb.

Naxçıvan şəhəri üzrə 414, Culfa şəhəri üzrə isə 120 şagird qəbul imtahanlarında iştirak edib.