Bu gün milli teatrşünaslıq məktəbinin banisi, Azərbaycanın EA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Cəfər Cəfərovun (1914-1973) anadan olmasının 110 illiyi tamam olur.

Görkəmli alimin yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında kitab sərgisi açılıb. “Cəfər Cəfərov – 110” adlı sərgidə alimin müəllifi olduğu əsərlər, tərcümələri, tərtib və redaktə etdiyi kitablar yer alıb.

Sərgidə həmçinin Cəfər Cəfərovun həyat və yaradıcılığı haqqında yazılan Azərbaycan və xarici dillərdə ədəbiyyatlar da nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.