Azərbaycan Milli Xalça Muzeyində sentyabrın 15-dən uşaqlar və böyüklər üçün 3 aylıq rəsm kursuna başlanılır.
Dərslər rəssam-pedaqoq Azər Abdullayev tərəfindən Azərbaycan və rus dillərində, həftədə 2 dəfə olmaqla qrup və fərdi şəkildə keçiriləcək. Hər dərs 1,5 saat davam edəcək. Kursu bitirənlərə sertifikat veriləcək.
Kurs müddətində iştirakçılar üçün muzeyə ekskursiya, peşəkar xalçaçı rəssamla görüş təşkil olunacaq, milli xalça naxışları, onların semantik mənaları haqqında məlumat veriləcək, xalçatoxuma üzrə ustad dərsləri keçiriləcək.
Rəssamlığa həvəsi olanlar və bu həvəsin həyatına rəng qatan hobbiyə çevrilməsini arzulayanlar istəyənlər kursa yazıla bilərlər.
Qeydiyyat üçün (+994 12) 497 20 16 nömrəsi ilə əlaqə saxlamaq olaraq.