Xalq artisti, görkəmli televiziya və kino rejissoru Vasif Babayev Azərbaycan Dövlət Film Fondunun qonağı olub.
Sənətkar şəxsi videokamerasını qorunub saxlanılması üçün fondun muzeyinə hədiyyə edib.
Fonddan bildirilib ki, bu videokamera vasitəsilə rejissorun yaradıcılığının son illərinə aid filmlər ərsəyə gəlib.
Vasif Babayev Azərbaycanda televiziya rejissorluğu məktəbinin qurucularından biri, “Sahil bağı”, “Qızılı yamaclar”, “Xuraman”, “İçərişəhərin əbədi nağılı”, “Yüksəliş” və s. filmlərin rejissorudur. Bir neçə nəsil televiziya işçilərinin yetişməsində onun bilavasitə əməyi olub.