Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Elmimizin gələcəyi gənclərin əlindədir” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə bu il keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan Suraxanı rayon məktəblərinin məzunları iştirak ediblər. 

Öncə tədbirdə mövzu ilə əlaqədar mühazirə dinlənilib. Daha sonra çıxışçılar təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə əldə edilən uğurlardan söhbət açıblar.

Sonda qonaqlar Ümummilli lider Heydər Əliyevin siyasi irsini əks etdirən ekspozisiya ilə tanış olublar.