Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayonundakı Heydər Əliyev parkında “Qonağımız var” layihəsi çərçivəsində daha bir görüş keçirilib. Layihənin budəfəki qonağı tanınmış estrada müğənnisi Leyla Ramazanlı olub.

Sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək məqsədilə keçirilən görüşdə şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları, Milli Müdafiə Universitetinin kursantları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Aparıcı tədbiri açaraq müğənni haqqında məlumat verib, ifaçını səhnəyə dəvət edib.

Tədbirdə Leyla Ramazanlı sevilən mahnılarını səsləndirib. Onun ifası alqışlarla qarşılanıb.