Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında sentyabrın 13-də Azərbaycanın dünyaşöhrətli bəstəkarı Arif Məlikovun (1933–2019) mahnılarından ibarət konsert proqramı keçirilib.
Konsertdə Arif Məlikovun tələbəsi, bəstəkar Pikə Axundova, tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Ülviyyə Kazımova çıxış ediblər.
Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri və Estrada ansamblının müşayiəti ilə solistlər – Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Samir Məmmədov, Əli Məmmədov, Xəyal Əliyev və Xəyal Məmmədovun ifasında bəstəkarın “Güllər”, “Gözlərinin aynası”, “Yaşatdın məni”, “Gəl bizim dağlara”, “Mən qartalam”, “Günəş ürəkli”, “Çıx yaşıl düzə” mahnıları səsləndirilib.