Sentyabrın 23-də Üzeyir Hacıbəyli adına XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin (dirijor Mustafa Aşurov) konserti keçirilib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında gerçəkləşən konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri, eləcə də xalq mahnılarından ibarət kompozisiyalar təqdim olunub.

Konsertdə Üzeyir Hacıbəyli, Müslüm Moqamayev, Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Emin Sabitoğlu, Vasif Adıgözəlov, Xan Şuşinski, Klaus Badelt, Astor Piazollanın əsərləri səsləndirilib.

İfaçılar Rəvan Qaçayev, Fəxri Kazım Nicat, Mirəli Sədizadə və digərlərinin çıxışları maraqla qarşılanıb.

Lalə