Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının səkkizinci günü, sentyabrın 25-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Detaşe” violinçilər ansamblının konserti olub.

Xalq artisti Zəhra Quliyevanın rəhbərliyi, konsertmeyster Səbinə Muradovanın müşayiəti ilə dinləyicilərə zəngin proqram təqdim olunub.

Proqramda Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib: Ü.Hacıbəyli – “Koroğlu” operasından 2 rəqs, A.Dadaşov – “Baxvari”, F.Bədəlbəyli – “İthaf”, A.İbrahimov-Bramo – “Şuşa”, Q.Qarayev – “İldırımlı yollarla” baletindən “Laylay” və “Rəqs”, İ.Yohov –“Vivaldisayağı”, İ.S.Bax – “Ave Mariya”, İ.Brams – “Macar rəqsi”, N.Hess – “Pyes”, K.Bom – “Daimi hərəkət”, N.Rubinşteyn – “Cəhrə”, T.Quliyev – “Sevgi valsı” və D.Şostakoviç – “Vals”.