Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan qəsəbə Mədəniyyət evinin əməkdaşları 230 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi ilə birgə 27 sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Əmir Kazımovun ev-muzeyini ziyarət ediblər.
Məlumat verilib ki, Əmir Kazımov Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Sonda ziyarətçilər şəhidin ev-muzeyində qorunan şəxsi əşyalarına və fotolarına baxıblar.