Bakı Dövlət Sirki yeni mövsümdə iki beynəlxalq festivalda iştirak edib.

Kollektiv 12-15 sentyabr tarixlərində Rusiyanın ən böyük stasionar şapito-sirki – “Svetnoy bulvarda” Moskva Nikulin Sirkində keçirilən “Artist” II Beynəlxalq Sirk Festivalında “fəxri qonaq” qismində təmsil olunub. Festivalda 19 ölkədən 87 sirk artisti iştirak edib.

Bakı Dövlət Sirkinin direktor əvəzi Nahid Ağayev 19-22 sentyabr tarixlərində III Minsk Beynəlxalq Sirk Sənəti Festivalında münsif qismində iştirak edib.

17 ölkədən sirk artistlərinin 32 çoxjanrlı çıxışlarının təqdim olunduğu festivalda azərbaycanlı sirk artisti Aldana Abdullayeva da öz məharətini göstərib. Onun ifası yüksək dəyərləndirilərək mükafata layiq görülüb.

Qeyd edək ki, hər iki beynəlxalq festivalın təşkil olunmasında məqsəd sirk sənətini populyarlaşdırmaq, dünyanın müxtəlif ölkələrindən olan gənc istedadları üzə çıxarmaq və onların ifaçılıq məharətini artırılmalarını stimullaşdırmaq, beynəlxalq mədəni əlaqələri inkişaf etdirməkdir.