“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Malayziyadan görünən Şuşa” adlı layihəyə yekun vurulub.
ICESCO tərəfindən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar reallaşan layihə çərçivəsində iyun ayında Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Şuşa mədəniyyəti günləri təşkil olunub.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Malayziyadan görünən Şuşa” adlı layihə həyata keçirib.
İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar həyata keçirilən layihə çərçivəsində bu ilin iyun ayında Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Şuşa mədəniyyəti günləri təşkil olunub.
Azərbaycan rəssamlarının Qarabağ və Şuşa mövzusunda çəkdiyi rəsmlərdən ibarət sərgi keçirilib, Şuşanın tarixi barədə bədii-sənədli film nümayiş olunub, eyni zamanda, Qarabağ musiqisinin sədaları altında Şuşa mətbəxinin nümunələri təqdim edilib.
Bu barədə Nizami Kino Mərkəzində filmin təqdimatına, həmçinin “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin (İB) yaradılmasının 20 illiyinə həsr olunmuş mərasimdə İB-nin sədri Şəhla Nağıyeva məlumat verib.
Qeyd olunub ki, layihə Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi, Kuala Lumpur Şəhər İncəsənət Qalereyasının və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə reallaşıb.
Birliyin gördüyü işlərdən bəhs edən videoçarx nümayiş olunub.
İctimai birliyin Kuala Lumpurda keçirilən tədbirlər haqqında hazırladığı “Malayziyadan görünən Şuşa” adlı sənədli filmi təqdim edilib.
Tədbirdə çıxış edənlər ictimai birliyin 20 illik fəaliyyətindən və təqdim olunan filmin əhəmiyyətindən danışıb.
Layihənin iştirakçısı və Kuala Lumpurda Şuşa təamlarını təqdim etmiş Şuşa sakini Aybəniz İsmayılova Malayziyada keçirilən tədbirlər haqqında təəssüratını bölüşüb.
Təqdimat mərasiminin yekununda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Milli Məclisin deputatı Azər Allahverənov layihənin həyata keçirilməsində iştirak edən rəssamlara və Malayziyadan görünən Şuşa" filminin yaradıcı heyətinə ictimai birliyin təşəkkür sertifikatlarını təqdim ediblər.