Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən oktyabrın 30-da saat 10:00-da Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində (Üzeyir Hacıbəyli prospekti, 91) Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar oktyabrın 24-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı və (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.