“Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlara qayıdışı davam edir. Oktyabrın 8-də daha 16 ailə (60 nəfər) Şuşaya köçüb.

Açarların təqdimolunma mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.

Ailələr sevinc hissi ilə yeni mənzillərdə məskunlaşıblar.

Bununla da Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.