X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasının ekspozisiyasında “Şuşa əl işləri”, “Şuşa zərgərlik məmulatları”, “Şuşa məişət əşyaları”, “Şuşa milli geyimləri” adlı virtual sərgilərin təqdimatı keçirilib.
Materiallarda Şuşa şəhəri əhalisinin XIX əsr geyim mədəniyyəti, məişət əşyaları, sənətkarlarının hazırladığı zərgərlik nümunələri, XIX əsr tikmə nümunələri, onların təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
http://anl.az/el/vsb/Susa_milli_geyimleri/index.htm http://anl.az/el/vsb/Susa_meiset_esyalari/index.htm http://anl.az/el/vsb/Susa_zergerlik_memulatlari/index.htm http://anl.az/el/vsb/Susa_el_isleri/index.htm linklərindən istifadə edə bilərlər.
Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 21-də Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.