Masallı rayon Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Yaşıl dünya naminə qlobal çağırış” adlı tədbir keçirilib.
Kitabxananın əməkdaşlar Günay Xəlilova və Rəşad İsmayılov qlobal iqlim dəyişmələrinin yaratdığı fəsadlardan bəhs ediblər. Qeyd olunub ki, dünyada yaşanan ekoloji problemlərin əsasında məhz bu kimi amillər dayanır və həmin təsirlər Azərbaycandan da yan keçmir. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Diqqətə çatdırılıb ki, 1992-ci ildə qəbul olunmuş BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası ekoloji problemlərin həlli istiqamətində dünya ölkələri qarşısında böyük tələblər qoyub. Azərbaycan da öz növbəsində bu çağırışlara hər zaman həssaslıq göstərib. Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 beynəlxalq iqlim konfransı ölkəmiz üçün yaşıl enerji növlərinin yaradılmasının və onun dünya bazarına nəqlinin prioritet olduğunu bir daha nümayiş etdirəcək.