Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli yazıçı-dramaturq Mark Kamolettinin “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyası nümayiş olunacaq.
Teatrdan bildirilib ki, bu əsər rus bölməsinin aktyorlarının ifasında oynanılacaq.
Ağlasığmaz sevgi oyunlarından bəhs edən tamaşanın süjet xətti gözlənilməz və maraqlı hadisələrlə zəngindir.
2011-ci ildən səhnəyə qoyulan “Fransızsayağı qarnir”in quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
Səhnə əsərində rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Emil Heydərov, Eleonora Mustafayeva, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova və teatrın balet artistləri ifa edəcəklər.
Biletləri şəhərin bütün kassalarından, “ASAN xidmət” mərkəzlərindən, həmçinin “iticket.az” saytından əldə etmək mümkündür.