Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Dayanıqlı sosial siyasətin Heydər  Əliyev modeli” mövzusunda mühazirə keçirilib.

Mühazirədə Suraxanı rayon 85 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Mərkəzin əməkdaşı Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, uzaqgörən siyasətindən danışıb. Bildirilib ki, Ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məhz dahi liderimizin başlatdığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz ildən-ilə böyük nailiyyətlər əldə edir.

Sonda iştirakçılar əbədiyaşar lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.