Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı Xalq şairi, ictimai xadim Nəbi Xəzrinin (1924-2007) 100 illik yubileyi ilə əlaqədar sərgi təşkil edib.

Bildirilib ki, Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynayıb. Şair çoxcəhətli yaradıcılığında insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm edib və daim ülvi ideallarla yaşamağa səsləyib.

Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyev 9 sentyabr 2024-cü il tarixində Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

Sərgidə şairin kitabları, onun haqqında yazılmış elmi-publisistik nəşrlər nümayiş etdirilib.