Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayının "Mədəniyyət incisi" layihəsi çərçivəsində Xalq artisti, bəstəkar Eldar Mansurov ilə görüş keçirilib.

Görüşdə ictimaiyyət nümayəndələri, Xəzər rayonundakı təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri və sənətsevərlər iştirak ediblər.

Aparıcı Günay Firudinqızı bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıb. Qeyd edib ki, Eldar Mansurov “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. O, bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib. Bəstələdiyi mahnılar tanınmış müğənnilər tərəfindən ifa olunur.

Sonda sənətkar tamaşaçıların suallarını cavablandırıb.