Türkiyənin populyar “Detay haberler” və “Haber 232” portalları dünya ədəbiyyatından aparıcı nümunələrin işıqlandırıldığı səhifələrdə Azərbaycanın Xalq yazıçısı Kamal Abdullanın türk dilinə uyğunlaşdırılmış “Bir sevgi hekayəsi” əsərinin nəşrinə başlayıb.

Bu barədə Dövlət Tərcümə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində yayımlanan əsər yazıçının yığcam yaradıcı bioqrafiyası ilə təqdim olunub.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portallar mütəmadi olaraq öz səhifələrində Nizami Gəncəvi, Yunus Əmrə, Edqar Allan Po, Frans Kafka, Alber Kamyu kimi dünyaşöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayırır.