Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri oktyabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində növbəti konsert proqramı ilə çıxış edib.
Bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun idarə etdiyi konsertdə klassik və müasir əsərlər səsləndirilib.
Proqrama avstriyalı bəstəkar və orqan ifaçısı Anton Bruknerin “İntermezzo”, “Rondo”, macar bəstəkarı Julius von Beliczayın simli alətlər üçün serenada (op.36; ilk ifa), Jül Massnenin “Meditasiya”, Norveç bəstəkarı və dirijoru Yuhan Svensenin Norveç xalq melodiyasına variasiyalar (op.27) və Azərbaycan bəstəkarı Xədicə Zeynalovanın “Payız rəngləri” əsərləri daxil edilib. Solist qismində Əməkdar artist Aleksey Miltıx (violonçel) çıxış edib.