AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Mahmud Allahmanlının həmmüəllifliyi ilə “Qopuz mənşəli saz alətləri” adlı monoqrafiya nəşr olunub.
Monoqrafiya türk xalqlarının zəngin mədəniyyət tarixini qopuz, təmbur, çoğur, saz və s. timsalında izləmək və aydınlaşdırmaq məqsədi daşıyır. Tədqiqat əsərində ozan-aşıq sənətinin ilkin çağlardan günümüzə qədərki mənzərəsini təfərrüatlı şəkildə geniş ictimaiyyətə təqdim edilir.
“Zərdabi” nəşriyyatında işıq üzü görən kitab türk, fars, ingilis dillərində də nəşrə hazırlanır.
Kitabın ideya müəllifi və maliyyə dəstəkçisi Ali Polat, elmi redaktorları isə professorlar Cabbar İşankul, Feyzan Göher Balçın və Şakir İbrayevdir.