Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecində 5 oktyabr – Müəllimlər Günü qeyd olunub.

Tədbirin açılışında Dövlət Himni səsləndirilib.

Kollecin direktoru Şəhriyar Laçınov və direktor müavini Xanım Məmmədova müəllimləri təbrik edərək, onların gənc nəslin təlim və tərbiyəsində əvəzsiz rolundan, eləcə də təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısından söz açıblar.

Tədbir tələbələrin ifalarında şeir qiraəti və musiqi nömrələri ilə davam edib.

Sonda pedaqoji fəaliyyətdə fərqlənən bir qrup müəllim kollecin fəxri fərmanı ilə təltif olunub.