Oktyabrın 16-da görkəmli ədəbiyyatşünas alim, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi İsa Həbibbəylinin 75 yaşı tamam olub.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademikin yubileyi münasibətilə “Akademik İsa Həbibbəyli – 75” adlı elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

Kitabxanada akademik İsa Həbibbəylinin yubileyi ilə əlaqədar məlumatlar, elmi araşdırmalarla zəngin olan həyat yolunu əks etdirən virtual kitab sərgisi də hazırlanıb. Kitabxananın rəsmi saytında yerləşdirilən virtual sərgidə “Təltif və mükafatlar”, “Diplomatik görüşlərdən xatirələr” kimi bölmələrlə yanaşı İsa Həbibbəylinin müəllifi olduğu “Kitabi Dədə Qorqud eposu. Heydər Əliyevdən İlham Əliyevə”, “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları”, “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”, “Ədəbi-tarixi yaddaş və müasirlik”, “Arpaçay mahnısı”, “Qabdulla Tukay və Azərbaycan” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri də təqdim edilir.

***

Milli Kitabxanada akademik İsa Həbibbəylinin yaradıcılığına həsr edilən sərgi təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgidə alimin əsərləri, fundamental elmi tədqiqatları, monoqrafiyaları, tərcümələri, redaktə etdiyi, rəyçi və məsləhətçi olduğu, ön söz yazdığı kitablar, habelə görkəmli alimin həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə materiallar nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Akademik İsa Hәbibbәyli Azәrbaycan әdәbiyyatşünaslığının inkişafında xüsusi xidmətləri olan görkәmli alimlәrimizdәndir. O, elmi-әdәbi mühitindә görkәmli Cәlil Mәmmәdquluzadәnin tədqiqatçısı kimi qәbul olunur. Alimin “Cәlil Mәmmәdquluzadә” “Zamanın dühası”, “Cәlil Mәmmәdquluzadә: mühiti vә müasirlәri” vә digər әsәrlәri elmi ictimaiyyәt tәrәfindәn rәğbәtlә qarşılanıb.

Ümumiyyətlə, İsa Hәbibbәyli klassik әdәbiyyatşünaslıq әnәnәsi zәminindә formalaşan, әdәbiyyatın bütün dövrlәri vә görkәmli nümayәndәlәri haqqında professional sәviyyәdә dәrin elmi söz deyә bilәn, universal dünyagörüşә malik görkәmli tәdqiqatçı alimdir. Alimin Nizami Gәncәvi, İmadәddin Nәsimi, Mәhәmmәd Füzuli, Mirzә Fәtәli Axundzadә, Hüseyn Cavid, Әlibәy Hüseynzadә, Mәhәmmәdhüseyn Şәhriyar, Sәmәd Vurğun, Mirzә İbrahimov, Mir Cәlal Paşayev, Rәsul Rza, Bәxtiyar Vahabzadә vә başqalarının hәyat vә yaradıcılığına hәsr edilmiş tәdqiqatları Azәrbaycan әdәbiyyatşünaslığının qiymәtli elmi örnәklәridir.