Azərbaycan Kinematoqrafçılar İttifaqı Nizami Kino Mərkəzində film nümayişlərinə başlayır.

Layihənin ilk nümayişi 22 oktyabrda (saat 19:00-da musiqili hissə, saat 20:00-da filmlərin təqdimatı) olacaq.

Gənc rejissorlar Azər Quliyevin “İkinci planetin qırmızı rəngi”, Daniel Quliyevin “Uzaq”, Teymur Qəmbərovun “İki gün”, Novruz Hikmətin “Burada hələlik sakitlikdir” qısametrajlı bədii filmləri göstəriləcək.

Nümayişdən sonra kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə yaradıcı heyətlə tamaşaçılar arasında müzakirələr olacaq.

Seanslara giriş sərbəstdir.