Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecdə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü qeyd olunub.
Bu barədə kollecdən məlumat verilib.
Tədbirdə çıxış edən kollecin direktoru Şəhriyar Laçınov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib, ötən dövr ərzində iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Vətən müharibəsində qazandığımız Qələbə nəticəsində torpaqlarımızın işğalına son qoyuldu, dövlətimizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Zəfəri qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir.
Tədbirdə kollecin müəllimləri Sveta Behbudova və Qələndər Muxtarlı Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.
Daha sonra bədii proqram təqdim olunub.