Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt teatrlarının bölgələrə qastrol səfərləri çərçivəsində Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi gəncəli teatrsevərlərin qonağı olacaq.

Kollektiv dekabrın 16-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tanınmış türkiyəli yazıçı-dramaturq Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan “Qadınım” tamaşasını təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur.

Səhnə əsərində Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak edəcək.