Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi davam edir.
Layihə çərçivəsində oktyabrın 17-də Qax Dövlət Kukla Teatrında məktəblilər üçün dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xeyir və Şər" əsəri əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub.
İki seansda nümayiş etdirilən tamaşaya rayonun təhsil müəssisələrindən 400-dən çox şagird baxıb.
Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclər arasında bədii və estetik zövqün formalaşmasını təmin etmək, onların incəsənətə, teatra marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.