Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri 1-20 oktyabr tarixlərində Qazaxıstan və İtaliyanın təşkilatçılığı ilə onlayn keçirilən “DOLCE MUSICA” V Beynəlxalq vokal-instrumental müsabiqəsində uğurla çıxış ediblər.
Müsabiqənin 11-13 yaş kateqoriyası üzrə məktəbin fortepiano ixtisası üzrə II sinif şagirdləri Fərhad Nağızadə I yerə, Gültəkin Abdullayeva II yerə, Safurə Qasımova (hər üç şagirdin müəllimi Ləman Əhədovadır) III yerəlayiq görülüb.
Tar ixtisası üzrə III sinif şagirdi İbrahim Abbasov (müəllim: Mustafayev Rüfət) uğurlu ifa ilə I yeri qazanıb.
Qaliblərə diplomlar, şagirdlər müsabiqəyə hazırlayan müəllimlərə isə təşəkkürnamə göndərilib.