Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə həyata keçirilən “Sənətkarın dostu” layihəsi davam edir.

Layihə çərçivəsində oktyabrın 29-da saat 15:00-da Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbində Xalq artisti, tarzən, pedaqoq Elçin Həşimovla görüş keçiriləcək.

Görüşdə tar aləti və onun ifaçılıq ənənələri, peşəkar musiqi mədəniyyətinin inkişafında tarın rolu, uşaq və gənclərin bədii zövqünün formalaşdırılması məsələləri ilə bağlı söhbət aparılacaq.

Tədbirdə tanınmış tarzənin və istedadlı gənclərin ifasında müxtəlif musiqi əsərləri təqdim olunacaq.

Qeyd edək ki, “Sənətkarın dostu” layihəsinin məqsədi mədəniyyətin təşviqi, görkəmli mədəniyyət xadimlərinin bilik və təcrübəsini gənc istedadlarla bölüşməsinə şərait yaradılması, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılmasıdır.