Tbilisi Konservatoriyasında Uşaq və Gənclər Etnoqrafik Ansamblları Festivalı keçirilib.

Tbilisi Bələdiyyə Məclisinin təşkilatçılığı ilə keçirilən festivalda müxtəlif mədəniyyətləri təmsil edən xor və orkestrlərlə yanaşı, Gürcüstanda yaşayan soydaşlarımızdan ibarət “Meydan” aşıqlar qrupu da iştirak edib.

Qrupun ifasında Azərbaycan aşıq sənəti nümunələri maraqla qarşılanıb.

Festivalın sonunda təltifetmə mərasimi olub.

“Meydan” aşıqlar qrupunun rəhbəri Nargilə Mehdiyevaya festivalın mükafatını Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev təqdim edib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbirin təşkilinə görə Tbilisi Bələdiyyə Məclisinə təşəkkürünü bildirib. Ölkələrimiz arasında mədəniyyət sahəsindəki əməkdaşlıqdan bəhs edən diplomat bu istiqamətdə həyata keçirilmiş birgə layihə və təşəbbüslər barədə də danışıb.