M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub.

Filarmoniyadan bildirilib ki, bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solist Yuliya Kərimova (piano) dinləyicilər qarşısında çıxış edib.

Proqramda Azərbaycan və dünya bəstəkarlarının əsərləri təqdim olunub.