İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Əməkdar mədəniyyət işçisi aşıq Yanvar Bədəlovun (1942–2018) xatirəsinə həsr olunmuş “Dastan axşamı” adlı tədbir keçirilib.

Tədbirdə Dağlıq Şirvan RMİ-nin rəis müavini Əlisultan Sadıxov, rayon İcra Hakimiyyətinin başçısı müavini Sevil Əhmədova, Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi Musa Nəbioğlu və digər qonaqlar iştirak ediblər.

Musa Nəbioğlu mərhum sənətkarın həyat və yaradıcılığı haqqında danışıb. Bildirib ki, o, “Koroğlu havaları” klassik aşıq havalarının mahir ifaçısı kimi tanınıb.

Aşığın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Bədii hissədə Əməkdar mədəniyyət işçisi xanəndə Sahibə Abdullayeva, aşığın yetirmələrindən Elman Mehdiyev, Qalib Güləliyev və Elçin Məmmədov çıxış ediblər. Onların ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.