Ural Xoreoqrafiya Kollecinin (Rusiya Federasiyası) müasir rəqs və balet gimnastikası üzrə müəllimi Kseniya Xomutova Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ustad dərsləri keçib.

Öncə Kseniya Xomutova ilə BXA rəhbərliyinin görüşü olub. Qonağa akademiyanın fəaliyyəti haqqında məlumat verilib, təhsilin pillələri, tədris prosesində tətbiq olunan yeniliklərdən söz açılıb. Eyni zamanda qonaqla müasir rəqs və balet gimnastikası ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Kseniya Xomutova tərəfindən BXA-nın tam orta təhsil, orta ixtisas təhsil və bakalavr pillələrinin şagird və tələbələrinə müasir rəqs və balet gimnastikası üzrə ustad dərsləri keçirilib.

Rusiyalı mütəxəssis müasir rəqs, klassik rəqs və balet gimnastikası ilə bağlı fikirlərini bölüşüb, rəqs elementlərinin düzgün icrasına dair tövsiyələr verib.